Çavuşoğlu: “Azərbaycanla birlikdə Avropa ölkələrinə enerji tədarükünə kömək edəcəyik”

0

“Biz Azərbaycanla birlikdə Bolqarıstana və Cənub-Şərqi Avropa ölkələrinə enerji tədarükünə kömək etməyə çalışırıq”.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz dost və müttəfiq ölkələrə TANAP boru kəmərinin gücünü artırmaqla kömək edəcəyik və birlikdə işləyirik”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.

0
0
Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasına başsağlığı verib
Öncəki yazı
Fatma Aslan Əliyeva – 65