Another advertisement
Gürcüstanda sərin hava mayın 4-dək davam edəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyinin Hidrometeoroloji Proqnozlar Departamenti məlumat yayıb.
Məlumata əsasən sabah Şərqi Gürcüstanda güclü şimal-qərb küləyi əsəcək.
Mayın 3-dək bütün Gürcüstan ərazisində nisbətən intensiv yağıntılar olacaq.
Gürcüstanın qərbində 12-7, şərqində isə 13-18 dərəcə isti olacaq.
Paytaxt Tbilisidə külək əsəcək. Sabah yağış yağmayacaq. Bu gecə isə az yağış yağacağı ehtimalı var.
Hava temperaturuna sabah gecə 9, gündüz 18 dərəcə isti olacaq. Mayın 4-dək şəhərdə sərin hava şəraiti davam edəcək. Mayın 3-də qısamüddətli yağış yağacağı ehtimalı var.