• 03 Dekabr 2023 11:28

İlham Əliyev: “Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”

Avatar photo

ByHacı Xəlilzadə

May 1, 2023

“Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı deyib.

“Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər. Türkiyə və Azərbaycan dost və qardaş ölkələrdir”, – deyə Azərbaycan Prezidenti bildirib.

28860cookie-checkİlham Əliyev: “Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”