This is a specific ad

2023-cü ildə Gürcüstan ərazisindən çıxarılan əcnəbilərin sayı

49

Another advertisement

Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulmasının statistikası ildən-ilə artır. Rəsmi məlumata görə, 2023-cü ildə 190 əcnəbi ölkə ərazisini tərk edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatlarında bildirilib.

Məlumatda bildirilib ki, ötən il Gürcüstandan qovulan vətəndaşların sayına görə, Azərbaycan 41 vətəndaşla birinci yerdədir. Onu 32 nəfərlə İran izləyir. Həmçinin ölkədən 27 hind, 13 rus, 9 misir, 9 nigeriyalı, 8 türk, 8 çin, 7 banqladeş, 6 iordaniya, 6 iraq və 5 pakistanlı qovulub.

Sənəddən aydın olur ki, ən çox qovulanlar 16-40 yaş kateqoriyasına aiddir və bu rəqəm 85 nəfərdir. Bundan başqa, 27 nəfər azyaşlı ölkəni tərk edib.

Ötən illərə gəldikdə isə Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə 165, 2021-ci ildə 77, 2020-ci ildə 49 nəfər ölkədən xaric edilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanın ötən ilki iqtisadi artımı – STATİSTİKA
Öncəki yazı
Yunanıstana keçməyə cəhd göstərən beş terrorçu saxlanıldı