Gürcüstanın ötən ilki iqtisadi artımı – STATİSTİKA

1

Ötən il Gürcüstan iqtisadiyyatı 7% artıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata əsasən, 2023-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumdaxili məhsulun (ÜDM) artımı 8,3%, 2023-cü ilin orta real artımı isə 7% olub.

2023-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib:
1. Tikinti,
2. Emal sənayesi,
3. Maliyyə və sığorta fəaliyyəti,
4. İnformasiya və rabitə.

Enerji və daşınmaz əmlak sektorlarında isə azalma tendensiyası müşahidə olunub.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
İstanbulda kilsəyə hücumu törədənlər məlum olub
Öncəki yazı
2023-cü ildə Gürcüstan ərazisindən çıxarılan əcnəbilərin sayı