Another advertisement
Martın 19-u günün ikinci yarısından, martın 20-si səhərədək Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü duman olacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
“Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə, dağlıq rayonlarda isə uçqunların yaranmasına səbəb ola bilər.
Görünmənin pisləşməsi və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür“, – deyə məlumatda bildirilib.