130 illiyin mübarək, böyük ustad!

98

Bu gün, fevralın 18-də Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, harada yaşamağından asılı olmayaraq, o cümlədən də Gürcüstanımızda, azərbaycanca danışan hər kəsin sevimlisi olan Əliağa Vahidin (Əliağa Məmmədqulu oğlu İsgəndərov. 17.II.1895 -1.X.1965) doğum günüdür. Anadan olmağından 130 il keçir.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, böyük qəzəl ustadımızı hörmətlə anır, ad gününə “mübarək!”, anım gününə “rəhmət!” deyirik!

Xatırladırıq ki, Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib!

Haqqında “Qəzəlxan” adlı bədii film çəkilib. Vahid obrazını əməkdar artist Loğman Kərimov canlandırıb.

130 illiyin mübarək, böyük ustad!

Sonrakı yazı
Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılır
Öncəki yazı
İsrail ordusu Livandan çıxır