Another advertisement
İyunun 13-dək Gürcüstanda yüksək temperatur fonunda yağıntılı hava şəraiti davam edəcək , bəzi yerlərdə şimşək çaxacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər.
“İyunun 13-dək Gürcüstanda yüksək temperatur fonunda yağışlı hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək çaxacaq, Şərqi Gürcüstanda dolu olacağı ehtimalı var. Gün ərzində hava temperaturu düzənlik və aranda +26, +31 dərəcə təşkil edəcək.
Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər. Hava temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilir.