Əgər şagirdin hüququ müəllim və ya direktor tərəfindən pozularsa, şagirdin şikayət etmək hüququ var

32

Another advertisement

Əgər şagirdin hüququ müəllim və ya direktor tərəfindən pozularsa, onları şikayət etmək hüququ var. Bu barədə Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz məlumat yayır.

“Əziz şagird, sən öz hüquqlarının pozulmasına görə müraciət edə bilərsən. Müraciət vicdanlı olmalıdır və ədalətin bərpasına xidmət göstərməlidir. Səni mütləq dinləyəcəklər! Ədalət bərpa olunacaq. Yadında saxla ki, yalan ittiham vicdansız hərəkətdir və buna görə səndən cavab tələb olunacaq. Hər kəs öz əməlinə görə cavabdehdir.” – Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz qeyd edir.

Əgər şagird fiziki və ya şifahi təhqir ediblərsə, alçaldırlarsa, ədalətsiz davranırlar və ya səbəbsiz olaraq nədəsə günahlandırırlarsa şagirdin dəymiş ziyanın tam qarşılanmasını tələb etmək haqqı var.

Məktəb şagirdinin müraciəti şagirdin hüququnun valideyn, qayğı göstərən (ailə üzvü), müəllim, digər şagird, mandatur, məktəbin hər hansı əməkdaşı və ya direktorun qanunsuz hərəkəti nəticəsində pozulmasına aid ola bilər.

Müraciətin hazırlanması:

Şagirdin müraciəti müstəqil, yaxud valideyn/qəyyum (ailə üzvü) ilə birlikdə təqdim etmək hüququ var. Müraciətdə ərizə yazanın kimliyi və ünvanı, hansı hüququn pozulduğu, ərizəçinin nəyi tələb etməsi yazılmazsa qəbul olunmayacaq.

Əgər şagirdin məktəb direktoruna etirazı varsa, müraciət məktəbin Qəyyumlar Şurasına təqdim olunmalıdır.

Qalan məsələlərlə bağlı müraciət məktəb direktoruna təqdim olunmalıdır. Sənin müraciətinin müzakirə edilməsi üçün onun qeydiyyatdan keçirilməsi mütləqdir.

Hazırlanmış müraciəti əl ilə kağızda yaza və ya elektron çap edə bilərsiniz. Sonra məktəbin işlərini idarə edən şəxsin yanında qeydiyyatdan keçirə bilərsiniz. Məktəbin işlərini idarə edən sizə müraciətin qeydiyyat nömrəsini və tarixi verməlidir.

Yaxud müraciəti elektron olaraq hazırlamalı və şəxsi – XXXX@students.gov.ge – elektron poçtundan məktəbin elektron poçt ünvanına göndərə bilərsiniz. Məktəbin elektron poçt ünvanını məktəbin kataloqunda – “catalog.emis.ge/main” ünvanında tapa bilərsiniz. Hər hansı müraciətin müzakirəsi zamanı şagirdi və sinif yoldaşlarını, müraciətlə əlaqədar başqa şəxsləri dinləyəcəklər, sübutlar əldə edəcəklər. Müraciət 1 ay ərzində müzakirə olunacaq.

Müəllimə qarşı etirazı məktəbin Nizam-İntizam Komitəsi müzakirə edəcək. Məktəbin başqa əməkdaşına qarşı etirazı direktor və ya Nizam-İntizam Komitəsi müzakirə edəcək.

Məktəbin hər hansı şagirdinə və ya şagirdin valideyninə qarşı etirazı direktor, yaxud Nizam-İntizam Komitəsi müzakirə edəcək.

Direktora qarşı etirazı məktəbin Qəyyumlar Şurası və ya Nizam-İntizam Komitəsi müzakirə edəcək. Direktora qarşı etiraza əsas ola bilər: direktorun qərarı, direktorun hərəkəti və ya hərəkətsizliyi”,  – mərkəz tərəfindən yayımlanmış məlumatda qeyd olunub.

Ətraflı məlumat üçün Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzi tərəfindən hazırlanmış məlumat bukletinə nəzər yetirin.

Sonrakı yazı
Yeni “Porsche Cayenne” təqdim edildi – FOTO
Öncəki yazı
Qalatasaraydan darmadağın