Marneulinin girişində, “Kidevac Daizrdebian” abidəsinin yerləşdiyi parkda Gürcüstan hökumətinin təşəbbüsü və Dövlət Naziri Aparatının təşkilatçılığı ilə 26 May Müstəqillik Günü qeyd olunacaq.
Tədbirin proqramını sizə təqdim edirik:
Proqramın başlaması: 14:00
• 14:00-20:00 – Yerli sahibkarların məhsullarının sərgi-satışı;
• 14:00-18:00 – Uşaq məkanı: oyunlar, suvenirlər hazırlamaq və ustad dərsləri;
• 14:00-16:00 – Orkestr yürüşü;
• 14:00-18:00 – Müdafiə Qüvvələrinin hərbi texnikasının, silah və avadanlıqların sərgisi;
• 14:00-15:00 – Yerli artistlərin konserti: “İberiya” ansamblı,
“Enquri” ansamblı, Şaban Məmmədov, “Era” ansamblı,
“Sarvan” ansamblı, vokal studiyası, Mariam Çoxonelidze,
“Hucabi” müğənnilər qrupu, Saz dərnəyi, Kristi Cavaxidze
• 15:50-16:50 – Temur Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili,
Kristine İmedadze, Tako Qaçeçiladze
• 16:50-17:10 – Gürcü döyüş sənətinin nümayişi;
• 17:10 – Gürcüstanın müstəqilliyinin elan edilməsinin tarixi
zamanı – təntənəli şəkildə qeyd edilməsi;
• 17:30 – “Prani” qrupu