This is a specific ad

Əczaçılıq Assosiasiyası Türkiyədən gələn dərmanların gecikməsinin səbəbini açıqlayır

111

medicaments
Another advertisement

Əczaçılıq Assosiasiyası Assosiasiyası məlumat yayır kı, Türkiyə bazarından müəyyən dərmanların tədarükündə gecikmələr var. Onların fikrincə, məhdudiyyətlər türk tədarükçülərindən qaynaqlanır və yerli şirkətlərlə heç bir əlaqəsi yoxdur.

“Assosiasiyaya üzv şirkətlərin verdiyi məlumatlara əsasən, Türkiyədə tədarükçülərdən həm çeşid, həm də kəmiyyət baxımından müəyyən dərman vasitələrinin tədarükünə məhdudiyyət qoyub. Bu da öz növbəliyində müəyyən müddətdən sonra yerli bazarda da öz əksini tapacaq”, – Əczaçılıq Şirkətləri Assosiasiyası qeyd edir.

Assosiasiya vətəndaşlara müraciət edərək dərmanların gecikməsini anlayışla qarşılamağa çağırır, çünki yaranmış vəziyyət yerli şirkətlərdən asılı deyil. Bundan əlavə, assosiasiya aidiyyəti tənzimləyici qurumlara müraciət edir ki, bu məlumatlardan sektoru “təxribat və ya süni qıtlıq yaratmaq” kimi əsassız ittihamları üçün istifadə etməsinlər.

Assosiasiyanın açıqlamalarına görə, əczaçılıq şirkətləri Səhiyyə Nazirliyi ilə məlumat paylaşmağa borclu idilər, akin əczaçılıq sektor üçün tənzimləyici orqan tərəfindən universal bir proqram hazırlanmadı və təklif edilmədi.

“Əczaçılıq sektorunun davamlı tələbinə və layihənin ağlabatan müddət ərzində və düzgün metodla işə salınması üçün səylərinə baxmayaraq, müvafiq təznimləyici orqanlar tərəfindən əczaçılıq sektoruna bu proseslərin düzgün işlənməsi üçün lazımi universal texniki baza təmin edilməyib”, – məlumatda deyilir.

Assosiasiya qeyd edir ki, real problemlərə məhəl qoymayaraq, tənzimləyici qurumlar yerli əczaçılıq şirkətlərinə xəbərdarlıq protokolları verir. Onlar təəssüflə qeyd edirlər ki, “tənzimləyici artıq cəza orqanı şəklini alır”. Bu, onların fikrincə, sonda əhaliyə və bu sahədə çalışanlara birbaşa ziyan vuracaq.

Sonrakı yazı
Tbilisidə yaşayış binasında yanğın baş verib
Öncəki yazı
Türkiyə Prezident Administrasiyasından Azərbaycan bayrağının yandırılmasına sərt REAKSİYA