Another advertisement
Gürcüstan prezidenti Salome Zurabişvili gəlir və xərcləri barədə məlumat verib.
QafqazTürk.com xəbər verir ki, bu barədə prezidentin deklarasiyasında qeyd olunub.
Zurabişvilinin 2023-cü il üçün cəmi maaşı 84 min 221 lari olub. O, 55 min 275 lari xeyriyyə işlərinə ayırıb.
Prezident Avropa turlarına da öz vəsaitindən xərcləyib: 48 min 217 lari. 29 yanvar 2024-cü il tarixinə bank hesablarında əmanətlər: 27 min avro və 29 min dollar.
Zurabişvilinin Parisdə 60 kvadratmetr sahəsi olan mənzili var. Onun dəyəri 150 min avrodur. Onun həmçinin Tbilisidə 160 min dollar dəyərində kiçik torpaq sahəsi (126,3 kv.metr) olan fərdi evi (235 kv.metr) var.