This is a specific ad

Zurabişvili ikinci müddətə prezident olmaq barədə düşünür

302

Another advertisement

Gürcüstan prezidenti ikinci müddətə vəzifədə qalmağı düşünmək də daxil olmaqla, böyük məsuliyyətləri üzərinə götürməyə hazırdır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Salome Zurabişvili “Le Figaro” qəzetinə müsahibəsində qeyd edib.

Zurabişvilinin sözlərinə görə, onun məqsədi Gürcüstanı Avropa yoluna qaytarmaqdır və onun təklif etdiyi xartiya həyata keçərsə, o, ölkənin avropalı tərəfdaşları ilə danışıqlar aparmağa hazırdır:

“Mən Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla böyük məsuliyyəti öz üzərimə götürməyə hazıram. Mənim təklif etdiyim xartiya qüvvəyə minərsə, mən avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, – Salome Zurabişvili deyir.

Zurabişvili qeyd edib ki, “Gürcüstan Xartiyası” son iki ildə namizəd statusunun verilməsi çərçivəsində Avropa İttifaqının Gürcüstana təqdim etdiyi Avropa tövsiyələrinə əsaslanır:

“Məhkəmə sisteminin və ümumiyyətlə, ölkənin bütün institutlarının müstəqilliyi, “Seçki Məcəlləsi”nin islahatı ilə bağlı tövsiyələr son illərdə Avropa İttifaqı ilə yaxınlaşmaya qarşı çıxan, “Gürcüstan Konstitusiyasının” 78-ci maddəsinə məhəl qoymadan qəbul edilmiş qanunların ləğvini nəzərdə tutur ki, bu maddəyə əsasən, ölkə institutları Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını təmin etmək üçün hər şeyi etməlidir.
İdeya ondan ibarətdir ki, gələn ilin yazına kimi Avropa İttifaqına tövsiyələri yerinə yetirmək üçün nə edildiyini göstərmək mümkün olacaq ki, biz üzvlüklə bağlı açıq danışıqlar hüququ əldə edək”-, Zurabişvili bildirib.

Zurabişvili müsahibəsində bildirir ki, Gürcüstan hökuməti bu ölkəni Avropa ilə əlaqəsini kəsib Rusiya protektoratı altına almağa çalışır. Prezidentin sözlərinə görə, ötən ilin yazında əhali Rusiya qanunlarını və getməyə çalışdıqları istiqaməti kütləvi nümayişlərlə rədd edib. Zurabişvilinin bildirdiyinə görə, gürcü xalqı indi bunu seçkilərdə sübut etməlidir.

Salome Zurabişvili Gürcüstanın birbaşa seçilmiş 5-ci prezidentidir.

Prezident seçkiləri yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində keçiriləcək. Bu, ilk dəfə olacaq ki, prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, seçki kollegiyası tərəfindən seçiləcək. Seçki kollegiyası Gürcüstan parlamentinin, Abxaziya və Acara Muxtar Respublikalarının ali nümayəndəlik orqanlarının bütün üzvləri daxil olmaqla 300 üzvdən ibarət olacaq.

Seçki kollegiyasının digər üzvləri MSK-nın üzvi qanun əsasında müəyyən etdiyi kvotalara uyğun olaraq yerli özünüidarəetmə orqanlarının nümayəndəlik orqanlarından müvafiq siyasi partiyalar tərəfindən irəli sürülür.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Bu gecə metro və avtobusların bir hissəsi bu saata qədər fəaliyyət göstərəcək
Öncəki yazı
15 წლის გოგონა, რომელიც ხელოვნურ ტბაში დაშავდა, გარდაიცვალა