Zurabişvili: “Həqiqətən müstəqillik, dövlət istəyiriksə, özümüzə gəlməli, ümumi təhlükəmizin harada olduğunu görməliyik”

0

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün Muxatqverdi Qardaşlar Qəbiristanlığına gedərək 2008-ci ilin avqust müharibəsində həlak olan döyüşçülərin xatirəsini yad edib.

Salome Zurabişvilinin jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, bundan əvvəl Svetitsxovelidə olub. Şovidə baş verən təbii fəlakət nəticəsində və avqust müharibəsi zamanı həlak olan insanlara dua edib.

“İndi Svetitsxovelidən gəlirəm. Ola bilsin hələ də həyatdadırlar və ailələrinə qayıda bilərlər, onlar üçün dua etdik. Eyni zamanda 2008-ci ilin müharibəsində Gürcüstan uğrunda həlak olanlara da dualar oxundu.

Son zamanlar tez-tez görünən düşmən bizimlə bəzən müharibə ilə, bəzən də yumşaq güclə döyüşür. Onu dəff etməyimiz üçün birliyimiz zəruridir. Eyni zamanda qəzəblənmiş təbiət də bizə qarşı mübarizə aparır, bunun qarşısında da birlik içərisində olmalıyıq.

Sosial şəbəkələrdə yazılan və ya səsləndirilən elə bəyanatlar eşidilir ki, mənim üçün bu, bu gün qəbuledilməzdir. Əminəm ki, bütün bunlar gürcülər və Gürcüstan üçün qəbuledilməzdir. Biz burada əbədi uyuyan insanların mübarizə apardığı müstəqilliyi istəyiriksə, həqiqətən də bu müstəqilliyi istəyiriksə, dövlət istəyiriksə, özümüzə gəlməli, ortaq təhlükəmizin harada olduğunu görüb, bir-birimizə deyil, ümumi düşmənə qarşı birgə mübarizə aparmalıyıq” -deyə Salome Zurabişvili açıqlayıb.

0
0
Sonrakı yazı
Cim Riş: “Rusiya Gürcüstanda törətdiyi cinayətlərə görə cavab verməlidir”
Öncəki yazı
Kolonna: “15 il əvvəl, avqustun 7-də Rusiya Gürcüstana hücum etdi, 15 ildən sonra belə o, hələ də ölkə ərazisinin bir hissəsində mövcuddur”