This is a specific ad

Zurabişvili: “Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaqlar”

50

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib.

Qafqaztürk xəbər verir ki, o, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.

O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək” deyə cavab verib.

“Bu, 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, – Zurabişvili əlavə edib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
გურჯაანის რაიონში, პატარა ქვაბულში ტბა აღმოაჩინე
Öncəki yazı
Marneulidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutdu