This is a specific ad

Zurab Şevardnadze: Azərbaycan kəndlərini keçdikdə, həyətlərindən, baxımsız bağlarından başa düşürsən ki, burada azərbaycanlılar yaşamır

40

Another advertisement

“Bu gün mən Qardabanidə azərbaycanlılar yaşayan kəndlərdə oldum. İnsanın ruhunu oxşayan səliqəli həyətləri, dirrikləri, bostanları, meyvə bağları var. O bağların,bostanların becərilməsi,ərsəyə gəlməsi üçün qadınlar bellərini bükərək,hətta dizüstə dayanaraq həvəslə işləyirlər. Bu mənzərəni görəndə ümid etmək olar ki,həmin əməksevər insanların sayəsində məhsulumuz bol olacaq. Deməli çox çalışsaq hər şeyə nail olarıq.

500 metr getdikdə, azərbaycanlılar yaşayan kəndlərini keçdikdə isə mənzərə tamamilə dəyişir. Heç kimin izah etməsinə ehtiyac belə yoxdur,bağlarından,həyətlərindən özün başa düşürsən ki,burada azərbaycanlılar yaşamır. Şumlanmamış,becərilməmiş torpaq sahələri,tərk edilmiş evlər,baxımsız həyətlər,sınıq hasarlar. Baxdıqca ürəyin ağrıyır,təəccüblənirsən,hətta əsəbiləşirsən. Axı, bu insanlar nəyə görə torpağa belə laqeyid yanaşır? Bu,yaşayış uğrunda mübarizədir, insanlar,mübarizə!Heç olmazsa,indi bir az canlanaq,güc toplayaq,nələrsə əkək,becərək. Ən azından qarğıdalı əkək ki,sabahı günü yeməyə çörəyimiz olsun. Çörək qıtlığı olacaq,inanmırsınız? Həqiqətən də ağır vəziyyətdir”- deyə Məşhur bağban Zurab Şevardnadze yazır

Kateqoriya: Maraqlı
Sonrakı yazı
საქართველოს პარლამენტის წევრებმა მარნეულში მუჰარამის წმინდა თვისსადმი სამგლოვიარო შეკრებაში მიიღეს მონაწილეობა
Öncəki yazı
“Georgian Wings” Tbilisi ilə Batumi arasında uçuş həyata keçirəcək