Zurab Azaraşvili: “Səfərbərlik briqadaları həm təbii fəlakət bölgəsindən təxliyyə edilən vətəndaşlara, həm də itkin düşənlərin ailə üzvlərinə tibbi xidmət göstərir” – ƏTRAFLI

0

“Racada çox ağır faciə baş verdi, mən mərhumların ailə üzvlərinə və bütün Gürcüstana başsağlığı verirəm. Həm təbii fəlakət zonasından təxliyə edilmiş insanlara, həm də itkin düşənlərin ailə üzvlərinə tibbi xidmət göstərən tibb briqadaları, müxtəlif ixtisaslara malik həkimlər bilavasitə təbii fəlakətin episentrinə və Oniyə səfərbər olunur”, – deyə nazir bildirib.

Gzaraşvilinin sözlərinə görə, helikopterlə böyük xilasetmə əməliyyatları aparılır və 210 nəfər fəlakət zonasından təhlükəsiz yerə çıxarılıb.

“Onların heç birinin sağlamlığı təhlükə altında deyil. Yalnız bir neçəsinin xəsarətləri o qədər yüngül idi ki, onları tibb müəssisəsinə aparmaq lazım deyildi. Fəlakət bölgəsində səfərbər olunan qruplara həkimlər və tibbi heyət də əlavə olunur. Onlar itkin düşənlərin ailə üzvlərinə psixoloji və digər tibbi yardımlar baxımından hər cür tibbi yardım göstərirlər”, – Zurab Azaraşvili bildirib.

0
0
Sonrakı yazı
Baş nazir: “Həlak olan vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verirəm”
Öncəki yazı
Azərbaycan xarici işlər naziri : “Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında və xilasetmə tədbirlərində Gürcüstana hər cür kömək göstərməyə hazırdır”