Another advertisement
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücuma cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirib.
QafqazTürk.com xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
“Bugünkü terror aktından sonra Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, – Rusiya rəsmisi qeyd edib.
Xatırladaq ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.