Zelenski: Ukrayna Rusiyaya zərbələrin “coğrafiyasını genişləndirmək” niyyətindədir

50

Ukrayna Rusiyada uzaqmənzilli silahlarla zərbələrin coğrafiyasını genişləndirmək niyyətindədir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandan kimi onun tabeliyində olan Silahlı Qüvvələrin Ali Komandanlığının (Stavka) növbəti iclasından sonra bəyan edib.

Oktyabrın 27-də keçirilən görüşdən sonra Zelenski sosial şəbəkədə yazıb ki, görüşdə silah istehsalçıları və bu silahların istifadəsinə cavabdeh olan hər kəs iştirak edib.

Zelenskinin sözlərinə görə, müəyyən müddət ərzində uzaq məsafələrdə həyata keçirilən zərbələrin effektivliyi və nəticələri təhlil edilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Türkiyədə güclü zəlzələ baş verib
Öncəki yazı
Qaxariya – Gürcüstan Naminə: Bizim parlamentə daxil olmağımız legitimliyin verilməsi və ya verilməməsi demək deyil