Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə seçkilərin keçiriləcəyi təqdirdə ikinci müddətə namizəd olmaq niyyətində olduğunu bildirib.
QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir.
O, çətin anlarda ölkəsini heç vaxt tərk etməyəcəyini vurğulayıb.
Ukrayna lideri seçkilərin 2024-cü ildə keçirilməli olduğunu desə də, qeyd edib ki, ölkə konstitusiyasında seçkilərin hərbi vəziyyətdə keçirilməsi nəzərdə tutulmayıb.
“Hal-hazırda bizim qanuni olaraq seçki keçirmək hüququmuz yoxdur”, – Zelenski deyib. Eyni zamanda prezident əlavə edib ki, o, “qanunvericiliyə dəyişikliklər etməyə hazırdır”.
Dövlət başçısı bildirib ki, 2024-cü ildə Ukraynada növbəti prezident seçkiləri yalnız müharibə bitdiyi təqdirdə keçirilə bilər.
Məlumat üçün qeyd edək ki, Ukraynada səkkizinci prezident seçkiləri 2024-cü il martın 31-nə təyin edilib.