This is a specific ad

Zelenski və Qaribaşvili Moldovada bir-birinə salam verməyiblər – VİDEO

50

Another advertisement

Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında Ukrayna prezidenti ilə Gürcüstanın baş nazirinin salamlaşmaması jurnalistlərin diqqətindən yayınmayıb.

QafqazTürk.com xəbər verir ki, buna səbəb olaraq iki postsovet ölkəsi rəhbərinin bir-birinin siyasətini təftiş etməsindən sonra baş verdiyi ehtimal edilir.

Belə ki, Zirvə toplantısında çıxış edən Ukrayna prezidenti bəyan edib ki, Rusiya ilə həmsərhəd olan və Rusiyanın hücumuna məruz qalmaq istəməyən bütün Avropa ölkələri Avropa İttifaqı və NATO-ya üzv olmalıdır.

Öz növbəsində Volodimir Zelenskinin bəyanatına cavab verən İrakli Qaribaşvili bildirib ki, Ukrayna prezidentinin açıqlamaları dağıdıcı müxalifətin bəyanatları ilə üst-üstə düşür.

https://baku.tv/dunyaa/zelenski-ve-qaribasvili-moldovada-bir-birine-salam-vermeyibler-video

Kateqoriya: Siyasət
Sonrakı yazı
May ayında rüsumsuz tütün məmulatlarının qanunsuz saxlanması və daşınması faktları – STATİSTİKA
Öncəki yazı
Xelvaçauridə qardaş qardaşı öldürüb