This is a specific ad

Zelenski: “Ukrayna ordusu Donbasda irəliləyir”

25

Another advertisement

QafqazTürk.com xəbər verir ki, bu barədə Ukrayanın dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib.
Ukrayna Prezidenti “Tavriya” hərbçilərinə cəbhədə irəlilədiklərinə görə təşəkkür edib.
“Tavriya, – yeri gəlmişkən, irəli getdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm, döyüşçülər! Afərin! Şərqdəki bütün döyüşçülərimiz, güclü döyüşçülər – dözümünüzə və dəqiqliyinizə görə sizə təşəkkür edirəm”, – dövlət başçısı deyib.
Son məlumatlara görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə 219 min 170 hərbçi itirib. O cümlədən, ötən sutka ərzində Rusiyanın daha 670-ə yaxın hərbçisi həlak olub.

Sonrakı yazı
Ukraynalı uşaqlar Çuvaşiyaya deportasiya edilir
Öncəki yazı
Tbilisidə heyvanları qorumaq məqsədilə aksiya keçirilir