Another advertisement
Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır.
“Gürcüstanda vəziyyətlə bağlı hesabat var idi. Gürcüstan hakimiyyətinin öz xalqına qarşı nələrəsə getməsi sadəcə olaraq rüsvayçılıqdır. Biz hüquqi sahədə cavabımızı hazırlayırıq və avropalılar, eləcə də digər tərəfdaşlarla konkret fəaliyyət üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım”, – deyə o bildirib.
Zelenski sanksiyaların hansı sahələri əhatə edəcəyini və nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.