This is a specific ad

Zelenski: “Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir”

81

Another advertisement

“Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir,” – QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ispan nəşrinə müsahibəsində bəyan edib.

“Sammitdə qədər nəticə göstərməliyik, lakin hər bir metr həyat bahasına başa gəlir”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna ordusunun irəliləməsinə ilkin mərhələdə güclü yağışlar və artilleriya çatışmazlığı mane oldu.

“Biz bir neçə şeylə hesablaşırdıq, lakin artilleriya gec gəldi. İrəliləyə bilmədiyimiz üçün dayanmadıq. İrəli getmək daha çox insan itirmək deməkdi. Biz bu məsələdə çox diqqətliyik. Sürətli hərəkətlər təhlükəlidir”, – Zelenski bəyan edib.

Rusiya prezidenti Vladimir Putin haqqında danışan Zelenski Putinin özündən daha çox təhlükə altında olduğunu qeyd etdi.

“Məni yalnız Rusiyada öldürmək istəyirlər, onu isə bütün dünyada”, – deyə Zelenski bildirib.

Sonrakı yazı
Ğaribaşvili: “Bu ilin birinci rübündə işlə təmin olunanların sayı…”
Öncəki yazı
Zelenski: “Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir”