Zelenski: “Ukrayna Aİ-yə  daxil olacaq”

70

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyindən asılı olmayaraq, Avropa İttifaqına daxil olacaq.

Zelenskinin sözlərinə görə, Avropa İttifaqına üzvlük ukrayna xalqının seçimidir və bu qərarı bir ölkənin vetosu ilə bloklamaq mümkün deyil.

O həmçinin Avropa İttifaqında qərarların qəbul olunma qaydasında mümkün dəyişikliklərə də toxunub. Zelenskinin sözlərinə görə, Aİ-nin genişlənməsi üçün yekdillik tələbinin aradan qaldırılması və əksər üzv ölkələrin dəstəyi ilə qərarların qəbul edilməsi üçün yollar axtarılır.

Prezident əlavə edib ki, Ukrayna artıq Aİ-yə üzvlük danışıqlarının birinci klasterinin açılması üçün bütün texniki tələbləri yerinə yetirib.

 

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Ermənistan yeni addım atdı, baş nazirin qərarı ilə…
Öncəki yazı
İrakli Kobaxidze: “ABŞ-la münasibətləri yenidən qurmaq və strateji tərəfdaşlığı bərpa etmək istəyirik”