Another advertisement
Faktiki olaraq Şimali Koreya müharibəyə qoşulub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski video müraciətində bildirib.
“Mən işçi heyətinin iclasını keçirdim. Payız-qış dövründə əsas məsələlər arasında Rusiyanın niyyətləri ilə bağlı kəşfiyyat hesabatları var idi. Hər şey olduqca təfərrüatlı idi. Şimali Koreya müharibədə faktiki iştirak edir. ”, – Vladimir Zelenski bildirib.
Məlumat üçün bildirək ki, dünən Vladimir Zelenski Rusiya ilə Şimali Koreyanın müttəfiqliyindən danışarkən qeyd edib ki, söhbət təkcə silahların ötürülməsindən getmir.