This is a specific ad

Zelenski Roma Papası Fransisk ilə görüşüb

32

Another advertisement

Roma Papası Fransisk Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

QafqazTürk xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Onların görüşü 40 dəqiqə davam edib. Görüş zamanı tərəflər arasında hədiyyələr mübadiləsi aparılıb. Roma Papası Zelenskiyə sülh budaqları olan heykəl, Ukrayna prezidenti isə pontifikə Məryəmin gülləkeçirməz lövhədə düzəldilmiş şəklini hədiyyə edib” – Məlumatda qeyd edilir.

Xatırladaq ki, Ukrayna lideri 2022-ci ilin fevralında ölkədə müharibə başlayandan bəri ilk dəfə pontifiklə şəxsən görüşüb. Onlar əvvəllər 2020-ci ilin fevralında görüşüblər. Həmin gün Zelenski Vatikanda humanitar vəziyyəti və Donbasdakı münaqişənin sülh yolu ilə həlli yollarını müzakirə edib.

Report.az

Sonrakı yazı
Marneuli bələdiyyəsinin İmir kəndində yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
RBK: Rusiya ilə Gürcüstan arasında uçuşlar mayın 16-dan bərpa oluna bilər