Zelenski: “Pisliyi seçənlər özlərini yox edər”

0

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadakı hadisələri şərh edib.

QafqazTürk.com xəbər verir ki, prezident bu barədə tviter səhifəsində yazıb.

Pislik yolunu seçən hər kəs özünü yox edər. Başqa bir ölkənin həyatını məhv etmək üçün əsgər göndərən, raketlərlə terror törədən, insanları xor görən, sonunda Moskva bölgəsində silahlandırdığı adamlardan barrikada qurmaq üçün 100 minlərlər insanı savaşın içinə atan Rusiya zəifliyini və hökumətin səfehliyini gizlətmək üçün uzun müddət propoqandanı istifadə etdi. Lakin indi o qədər böyük xaos var ki, heç bir yalan onu gizlədə bilməz. Ukrayna Avropanı Rusiyadan qoruya bilər“, – deyə Ukrayna prexidenti bildirib.

Qeyd edək ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Dmitri Medvedev: “Rusiyanın parçalanmasına yol verməyəcəyik”
Öncəki yazı
Vladimir Putin: “Bu bizə qarşı daxili xəyanətdir”