Ukrayna prezidenti Volodimir Zelenski müsahibəsində bildirib ki, Rusiya tərəfindən gündəlik hücumların fonunda onun Moskvaya danışıqlara getməsi mümkün deyil və əlavə edib ki, Vladimir Putin özü Kiyevə gələ bilər.
“O Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmirəm, çünki ölkəm hər gün raketlərin və hücumların altındadır. Mən bu terroristin paytaxtına gedə bilmərəm. Putin bunu yaxşı anlayır”, — deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski həmçinin qeyd edib ki, Rusiya prezidenti ondan görüşdən yayınmağa çalışır və bunu Ukraynaya qarşı intensivləşdirilmiş hücumlardan da görmək olar.
Xatırladaq ki, Putin sentyabrın 3-də bəyan etmişdi ki, “o, heç vaxt Zelenski ilə görüşün əleyhinə olmayıb”.
“Əgər Zelenski hazırdırsa, qoy Moskvaya gəlsin. Bu görüş baş tutacaq”, — deyə o bildirmişdi.