Zelenski: “Müharibə Rusiyanın başqalarını əsarət altına almaq və ya manipulyasiya etmək üçün əsas alətidir”

0

“Müharibə Rusiyanın başqalarını əsarət altına almaq və ya manipulyasiya etmək üçün əsas alətidir”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Volodimir Zelenski Avropa liderləri qarşısında çıxışı zamanı deyib.

O, işğalçı ölkənin qonşu dövlətlərə qarşı təcavüzündən danışıb:

“Moskva daha çox imperiya məkanını fəth etmək, Avropanın azad millətlər və demokratiyalar məkanı olmasına mane olmaq, Avropa birliyini pozmaq ambisiyasını açıq şəkildə ortaya qoydu. Bunun üçün müharibə Rusiyanın başqalarını əsarət altına almaq və ya manipulyasiya etmək üçün əsas alətidir. Onilliklər ərzində Rusiya müharibələrə başlamaq və münaqişələri dondurmaqla qonşu dövlətlər üzərində nəzarəti saxlamağa çalışıb. Rusiya Moldovaya zərər verdi, Gürcüstanı parçalayıb ayırmağa çalışdı, Belarusu yox etmək və Ukraynanın tərkibindən ərazilər almağa çalışır”, – deyə Zelenski qeyd edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Adolf Hitlerin doğulduğu ev polis bölməsinə çevirləcək
Öncəki yazı
Şuşada XİN başçılarının görüşü olacaq