Another advertisement
Zelenski ilə Tramp arasında dialoq artıq təşkil olunub, görüşə hazırlıq başlayacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrellə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Rəhbərlik səviyyəsində gələcək mümkün təmaslar müzakirə edilib. Sizə daha əvvəl məlumat verdiyimiz kimi, belə bir görüşün təşkili üçün komandaların praktiki hazırlıq işlərinə başlaması razılaşdırılıb”, – deyə Sibiqa bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Donald Trampın prezident seçkilərində qalib gəlməsindən qısa müddət sonra (noyabrın 6-da) Zelenski ilə telefon danışığı artıq mövcud olan əlaqənin birbaşa sübutudur.