This is a specific ad

Zelenski: Hər şeyi etmək lazımdır ki, Rusiya nüvə obyektlərindən dünyanı şantaj etmək üçün istifadə etməsin

103

Another advertisement

Ukrayna prezidenti Vladimir Zelenski Çernobıl faciəsinin 37-ci ildönümündə Rusiyanın nüvə şantajının yolverilməzliyindən danışıb.

“37 il əvvəl Çernobıl AES-də baş vermiş qəza bütün dünyada böyük iz buraxdı. Radiasiya sızması bir vaxtlar inkişaf etmiş ərazini hərəkətsiz zonaya çevirdi. Bu gün Çernobıl Atom Elektrik Stansiyasının ətrafındakı 30 kilometrlik zona yüksək radiasiya konsentrasiyası olan təhlükəli yer olaraq qalır. Ötən il işğalçı nəinki AES-i zəbt etdi, hətta bütün dünyanı yenidən riskə atdı. Biz hər şeyi etməliyik ki, terrorçu dövlətə nüvə enerjisi obyektlərindən Ukraynanı və bütün dünyanı şantaj etmək üçün istifadə etməsin”, – Zelenski sosial şəbəkələrdə verdiyi açıqlamada qeyd edib.

Ukrayna liderinin qeyd edir ki, Çernobıl AES-in işğalçılardan azad edilməsindən bir il sonra Çernobıl zonasında elmi və təhlükəsizlik obyektləri normal fəaliyyətə qayıdıb.

Sonrakı yazı
BÜRCLƏR – 26.04.2023
Öncəki yazı
Dünyada azərbaycan əsilli milyarderlər kimdirlər? – Forbes açıqlayır