Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp üçün Ukraynadakı müharibə məsələsi ən aktual beynəlxalq məsələdir və o, mütləq Rusiya lideri Vladimir Putini dayandıra biləcək. Lakin təhlükə odur ki, Trampın səlahiyyət müddəti başa çatdıqdan sonra Putin yenidən hücuma keçə bilər.
Onun sözlərinə görə, Ukraynadakı müharibə mövzusu Donald Tramp üçün çox önəmlidir.
“O, mənə görüşümüzü gözlədiyini bildirdi, hesab edirəm ki, beynəlxalq səviyyədə bizim məsələmiz Prezident Tramp üçün ən aktualdır”, – Zelenski qeyd edib.
Onun qeyd etdiyinə görə, Trampın baxışı Ukrayna üçün vacibdir, çünki Putin ondan qorxduğuna görə, o, Putini dayandıra bilər. ancaq Tramp hakimiyyətdən getdikdən sonra Putin hazırlanacaq, səhvlərini düşünəcək, çoxlu silahı olacaq və çox böyük ordusu olacaq. Sizcə o qayıdıb ancaq bizimlə döyüşəcək? O, ətrafındakı hər şeyi məhv edəcək və Trampın NATO-dan çıxması riski varsa, Putin Avropanı məhv edəcək”, – deyə Zelenski bildirib.