Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ tərəfi iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni imkanları nəzərdən keçirir.
Zelenski bu barədə ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra sosial şəbəkədə yazıb:
“Bu gün mən lazımi siqnalları aldım, Amerika bizim əməkdaşlığımızı gücləndirmək imkanlarını nəzərdən keçirir. Təşəkkür edirəm”, – deyə Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər enerji təhlükəsizliyi və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələlərini ətraflı müzakirə ediblər. Zelenskinin bildirdiyinə görə, Tramp Kiyevdə və digər regionlarda mövcud vəziyyətlə maraqlanıb.
“Dünya Rusiyanın nə etdiyini və dünya liderlərinin Yaxın Şərqdə müharibənin dayandırılmasına diqqətindən necə yararlanmağa çalışdığını görür. Razılaşmanın işləmək şansı böyükdür. Nə qədər çox sülh və təhlükəsizlik olsa, bu, bir o qədər çox imkanlar yaradır,” – deyə Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya “daha güclü zərbələr endirmək üçün hər fürsətdən yararlanmağa çalışan terrorçu dövlətdir.”