Zelenski 16 yeni səfir təyin edib

60

Ukrayna Prezidenti Volodimir Zelenski 16 yeni səfirin təyinatı barədə açıqlama verib. Bu barədə Ukrayna mediası məlumat yayıb.

Prezidentin sözlərinə görə, o, 21 iyul səhəri Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və Prezident Administrasiyası komandası ilə görüş keçirib. Görüş zamanı Ukraynanın yeni səfirlərinin namizədləri ilə bağlı seçim prosesi başa çatdırılıb və 16 səfirin təyinatı elan edilib.

Zelenski konkret olaraq kimlərin təyin olunduğunu açıqlamasa da, bildirib ki, hər bir səfir üçün şəxsi tapşırıqlar və nəticələrin qiymətləndirmə meyarları müəyyən edilib.

“Bu gün səfirlərlə keçiriləcək görüş formatında qarşıdakı altı ay üçün Ukrayna diplomatiyasının əsas prioritetlərini də müəyyənləşdirəcəyik”, – deyə Prezident əlavə edib.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Milli Mətbuatımızın 150 illiyinə həsr edilmiş tədbir keçirilib
Öncəki yazı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edəcək