This is a specific ad

Zelenski: “Əgər NATO-dan Vilnüs sammitində Ukraynanın nə vaxt alyansa qoşula biləcəyi ilə bağlı dəqiq siqnal almasaq, onda…”

31

Another advertisement

“Əgər NATO-dan Vilnüs sammitində Ukraynanın nə vaxt alyansa qoşula biləcəyi ilə bağlı dəqiq siqnal almasaq, onda bizim orada heç bir işimiz yoxdur,” – QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

Ukrayna prezidentinin sözlərinə görə, Kiyev üçün Ukraynanın müharibədən sonra alyansa qoşula biləcəyini eşitmək çox vacibdir.

“Biz başa düşürük ki, müharibə davam edərkən biz NATO və ya hər hansı güclü təhlükəsizlik alyansının bir hissəsi ola bilmərik. Lakin bizə mütləq deyilməlidir ki, Ukrayna NATO-ya müharibə başa çatdıqdan sonra daxil olacaq!”, – Zelenski bəyan edib.

Sonrakı yazı
Kreml Paşinyana cavab verib
Öncəki yazı
Ağ Ev: “ABŞ nüvə potensialını genişləndirməyəcək”