This is a specific ad

Zaxarova: “Rəsmi İrəvanın KTMT-ni açıq tənqid etməsi əks effekt verir”

112

Another advertisement

Rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) açıq tənqidi yanaşması əks effekt verir.

Qafqaztürk xəbər verir ki, Rusiya bürosunun məlumatına görə, bunu həftəlik brifinqdə “News.ru” portalının sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, KTMT-nin bütün lazımi formatları, qarşılıqlı fəaliyyət kanalları yaradıldığı və bütün iştirakçıların bu istiqamətdə işləməyə hazır olduğu halda, Ermənistanın təşkilatın effektivliyi ilə bağlı məsələləri özündən kənarda müzakirə etməsi təəccüb doğurur.

“Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə substantiv işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyirik. Rusiya tərəfi bu işə hazırdır. İrəvan da bunu yaxşı bilir”, – Zaxarova bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Salome Zurabişvili: Rusiyadan hədiyyələrə ehtiyacımız yoxdur, guya nəyi isə güzəştə gedir
Öncəki yazı
Gürcüstan XİN başçısı Rusiyanın viza rejiminin ləğvi qərarını alqışlayıb