Another advertisement
“Azərbaycan tərəfi də daxil olmaqla, təmaslar davam edir”.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Qarabağdakı antiterror tədbirlərindən danışarkən bildirib.
“Təmasların nəticələrinə əsasən Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edəcək“, – deyə o qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da əlavə edib ki, Bakı Moskvanı məlumatlandırır.