Zavodda partlayış baş verib: Həlak olanlar var

150

Tennessi ştatında partlayıcı maddələr istehsal edən zavodda baş vermiş partlayış nəticəsində 16 nəfər həlak olub.

Xatırladaq ki, partlayış Accurate Energetic Systems şirkətinə məxsus zavodda baş verib. Sözügedən şirkət müdafiə, aeronavtika və dağıtma (demontaj) sahələri üçün enerji məhsulları istehsal edir və Neşvildən təxminən 90 kilometr məsafədə yerləşir.

İlkin məlumatlara görə, hadisədən sonra ən azı 19 nəfərin itkin düşdüyü bildirilirdi. Hazırda hadisə yerində xilasetmə və istintaq işləri aparılır, partlayışın səbəbləri isə araşdırılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Milli Ətraf Mühit Agentliyi vətəndaşlara xəbərdarlıq edir
Öncəki yazı
Twitter dramının finalı: Mask 128 milyon dollarlıq razılaşma ilə məhkəmədən xilas oldu