• 06 Dekabr 2023 12:03

Zaur Darğallı: “Gürcüstan və Azərbaycan regionda mühüm rol oynayır”

Avatar photo

ByHacı Xəlilzadə

May 25, 2023

Bu gün Gürcüstan və Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olunmasında mühüm rol oynayır.
İki ölkə arasındakı dostluq münasibətləri dünyaya nümunədir.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Zaur Darğallı Gürcüstan və Azərbaycanın müstəqillik günü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.

O, bildirib ki, iki ölkə arasındakı dostluq münasibətləri dünyaya nümunədir.

“Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri təkcə region ölkələrinin deyil, dünya ölkələrinin inkişafında mühüm rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana, eləcə də baş nazir İrakli Ğaribaşvilinin Bakıya son səfərləri nəticəsində iki ölkə arasındakı münasibətlər daha da inkişaf edib”, – deyə Zaur Darğallı bildirib.

52640cookie-checkZaur Darğallı: “Gürcüstan və Azərbaycan regionda mühüm rol oynayır”