Zaqatalada minik avtomobilləri daşıyan maşın aşıb – FOTO

13

Zaqatalada Gürcüstan Respublikasına məxsus maşın aşıb.

QafqazTürk.com Apa.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 2 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi, xaricdə istehsal edilən minik avtomobillərini daşıyan maşın hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Daha sonra maşın yolun kənarındakı çökəkliyə aşıb. Qoşquda olan minik avtomobillərinə ciddi ziyan dəyib. Elektrik dirəyinin aşması nəticəsində magistral yolun işıqlandırılmasında fasilə yaranıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Öncəki yazı
Marneulidə orta yaşlı kişi azyaşlı qıza qarşı təcavüzə cəhd edib