Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü V.V.-ni saxlayıblar.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, V.V. Zalqa bələdiyyəsində qəsdən adamöldürmə ittihamı ilə saxlanılıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 1970-ci il təvəllüdlü E.G.-yə balta ilə ölümcül xəsarət yetirərək hadisə yerindən qaçıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.V. hadisədən bir neçə saat sonra həbs edilib.
Polis cinayət alətini sübut kimi götürüb.
Qəsdən adamöldürmə faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır “, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.