This is a specific ad

Zəfərin mübarək, can Azərbaycan!

37

Another advertisement

Zəfərin mübarək, can Azərbaycan!

Bu gün noyabrın 8-də Azərbaycanda Zəfər Günü bayramıdır. Mən Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri olaraq, bütün Azərbaycan xalqını böyük Zəfər Günü münasibətilə təbrik edirəm!

Biz, GAKQafqaz Türk Media ailəsi olaraq, boyük Zəfərə gedən yolu daim işıqlandırmış, Gürcüstan əsilli şəhidlərimizin ailələrini tək qoymamış, milli Azərbaycanımızın yanında olmuş, könül çırpıntılarımızı gizlətməmişik.

Qədim Azərbaycan torpağı Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü mübarək olsun!

Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qaziləri minnətdarlıqla xatırlayırıq!

Qələbən mübarək, Azərbaycan!

İnanırıq ki, tezliklə belə bir Zəfər Günü də işğaldan azad edilmiş Abxaziya və Cənubi Osetiya ilə bağlı dogma Gürcüstanımızda keçiriləcəkdir!

Hüseyn Yusubov

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Baş Nazir: “Gürcüstanda təkrar seçkilər baş tutmayacaq”
Öncəki yazı
Unudulmaz Yusif müəllimin vəfatından 3 il keçir