This is a specific ad

Zəfər Günün mübarək, Azərbaycan!

268

Another advertisement

Bu gün o şanlı gün- 8  noyabrdır!

Bəli, 30 il sonra çəkilən həsrətin sona yetdiyi, qürurverici, unudulmaz və əvəzolunmaz o möhtəşəm gün…

Bu hissin yaşatdığı sevinci insan sözlərlə  necə ifadə edə bilər ki?

Milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı.

Bütün dünya, xüsusilə mənfur düşmən bu şüarı təsdiqləməyə məcbur qaldı.

İgid oğullar cəsarətlə, inamla, qorxusuz bir şəkildə 44 günlük müharibədə vuruşaraq qələbə əldə etdilər.

Bəli, Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordunun qüdrəti altında ərazi bütövlüyünü təmin etdi.

Bu şanlı döyüşdə Borçalımızın igid oğulları da könüllü iştirak etdilər.

İşğaldan 30 il keçməsinə baxmayaraq, xalq öz inamını itirmədi. Bu inam isə xalqı qalibiyyətə apardı.

O düşmən ki, ikrahla başını dik tutub qədim mədəniyyət beşiyi Şuşada “qondarma qurum rəhbərinin andiçmə mərasimini” keçirirdi,  sərxoş vəziyyətdə Cıdır düzündə halay çəkib yallı gedirdi öz nəsibini aldı.

Eyni sevinc hissini Abxaziya üçün də keçirməyi və qələbəni qeyd etməyi arzulayırıq!

Bu yolda canını fəda edən, anasının, bacısının, yarının gözünü yaşlı qoyan, amma bir an olsun bu yoldan vazkeçməyən bütün şəhidlərə biz, Gürcüstan Azərbaycanlıları Konqresi  və QafqazTürk Media ailəsi olaraq Allahdan rəhmət diləyir , qazilərə isə cansağlığı arzulayırıq!

Bu tarixi qələbədir!

Qürur duyuruq!

Sonda isə bir daha deyirik:

Qarabağ Azərbaycandır!

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Putin: “Növbəti 20 il bundan daha çətin olacaq”
Öncəki yazı
Milli istiqlal və azadlıq rəmzi olan II Ereklenin 300 illiyinə həsr olunmuş kolleksiya sikkələri buraxılıb