Zəfərin mübarək, can Azərbaycan!
Bu gün noyabrın 8-də Azərbaycanda Zəfər Günü bayramıdır. Mən Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri olaraq, bütün Azərbaycan xalqını böyük Zəfər Günü münasibətilə təbrik edirəm!
Biz, GAK və Qafqaz Türk Media ailəsi olaraq, boyük Zəfərə gedən yolu daim işıqlandırmış, Gürcüstan əsilli şəhidlərimizin ailələrini tək qoymamış, milli Azərbaycanımızın yanında olmuş, könül çırpıntılarımızı gizlətməmişik.
Qədim Azərbaycan torpağı Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü mübarək olsun!
Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qaziləri minnətdarlıqla xatırlayırıq!
Qələbən mübarək, Azərbaycan!
İnanırıq ki, tezliklə belə bir Zəfər Günü də işğaldan azad edilmiş Abxaziya və Cənubi Osetiya ilə bağlı dogma Gürcüstanımızda keçiriləcəkdir!
Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri