Yüzlərlə saxta 100 dollarlıq əskinas ələ keçirilib – İstintaq Xidməti iki nəfəri həbs edib

36

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən külli miqdarda saxta pul satılması faktına görə 2 nəfər saxlanılıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi mənfəət əldə etmək məqsədilə Şida Kartli bölgəsində ümumilikdə 188 900 ABŞ dolları dəyərində 1889 ədəd 100 dollarlıq saxta əskinas satıblar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinaslar tamamilə müsadirə edilib”, – deyə agentliyin məlumatında bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır”, -məlumatda bildirilir

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Papanın seçim prosesi bu gün başlayır: Seçimin detalları…
Öncəki yazı
Son dəqiqə: Hindistan Pakistana raket zərbələri endirdi – Müharibə başladı?