This is a specific ad

Yüz il yaşamaq istəyənlər üçün İbn Sina möcüzəsi – Yayda bunu edin

51

Another advertisement

Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri İbn Sinanın İslamın “Qızıl dövrü”ndə yazdığı kitablar günümüz üçün də önəm kəsb edir.

QafqazTürk.com xarici KİV-lərə istinadən xəbər verir ki, İbn Sina kitablarında sağlam həyat üçün qəbul edilməsi lazım olan qidaları tövsiyə edir. “Uzun yaşamaq üçün nə etməli?” sualına cavab axtarırsınızsa, İbn Sinanın tövsiyə etdiyi qidalara baxa bilərsiniz.

Sağlam və uzun ömür sürmək üçün gündəlik həyat vərdişlərinə fikir vermək lazımdır. Qəbul etdiyimiz qidaları dəyişdirmək və daha sağlam, təbii qidalara müraciət etmək uzunömürlülüyü artıra bilər. İbn Sina kitablarında uzun ömür sürməyin sirrini paylaşıb. Mütəxəssislər İbn Sinanın tövsiyə etdiyi qidaları “100 il yaşamaq istəyənlərin seçə biləcəyi qidalar “kimi təqdim edir.

Boğazda və ağciyərlərdə selik azaldıqda, insan nəfəs almaqda çətinlik çəkir. Bu, adətən virusların səbəb olduğu selikli qişanın rütubətinin azalmasına gətirib çıxarır. Nəfəs alarkən, sinə sıxlığı və öskürək hücumları gəlir. İbn Sina deyir ki, bunun qarşısını almağın ən yaxşı yolu gicitkəndir. Toxunduqda dəridə şiddətli qaşınmalara səbəb olan gicitkəni qaynadıb qəbul etməklə boğaz və ağciyərlərdə selikli qişaların nəmliyini artırmaq olar. Bundan əlavə, tərkibindəki yandırıcı təsir göstərən maddə sayəsində bədəndəki bütün virusların hüceyrələrə və ya orqanlara yapışmasının qarşısını alır.

İbn Sina yay mövsümündə turşməzə qidalar qəbul etməyi tövsiyə edir.

Məsələn, tam yetişməmiş üzüm, nar şirəsi, tam yetişməmiş üzüm şirəsi qəbul etmək faydalıdır. Payızda isə qarpız və üzüm yemək faydalıdır. Belə qidaların ziyanı yoxdur.

Kökəldilmiş heyvanların ətini yeməyin. Belə ətlərin qəbulu öd şirəsi ifrazını artırır.

Kükürdlü su ağrıları azaldır, sinirləri möhkəmlədir, çiban və yaraları sağaldır, dəridəki ləkələri ağardır.

İbn Sina yüksək təzyiqi olanlara balqabaq şirəsini içmək tövsiyə edir. Təbib alma, sidr qozası, badam və bal şərbəti kimi qidaların da insanlar üçün faydalı olduğunu qeyd edib.

Payızda duzlu və quru yeməklərdən tam imtina etmək lazımdır. Duzlu pendir, duzlu balıq, ümumiyyətlə, bütün duzlu yeməklər zərərlidir.

Tərkibində dəmir olan su dalaq xəstəliklərindən əziyyət çəkənlərə yaxşı təsir göstərir, cinsi həvəsi artırır, mədədə ağırlığı aradan götürür.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
“Bu halda Ermənistana qarşı iddia qaldırıla bilər”
Öncəki yazı
VALİDEYİNLƏRİN NƏZƏRİNƏ! – İyunun 8-dən birinci sinif şagirdlərinin…