This is a specific ad

Yuxarı Saral kəndində İmam Zaman məscidinin açılışı olub

41

Another advertisement

Dünən, 11 avqust 2023-üncü il tarixində Marneuli bələdiyyəsinin Yuxarı Saral İmam Zaman (ə.c) adına kənd məscidinin əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirilib.

QafqazTürk.com xəbər verir ki, şərq memarlıq üslubu ilə yeni zahiri görkəm alan bu məscidə günbəz və minarələr əlavə olunub.

Məscidin həyətində əlavə olaraq dəstəmazxana, kitabxana, muzey, iclas otağı, mərasim və ehsan salonu da əlavə olaraq inşa edilib.

Dünən keçirilən açılış mərasimində yerli kənd sakinləri ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi, Dini Məsələlər üzrə Dövlət Departamentinin nümayəndələri, millət vəkili, Marneuli bələdiyyəsinin meri, yerli rəhbərliyin nümayəndələri, Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və konqresin əməkdaşları, din və ictimaiyyət xadimləri, mətbuat nümayəndələri iştirak edib.

Tədbirin açılışını Qurani-Kərimin tilavəti ilə başlayan Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı Kamran Məmmədov məscidinin tikilməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib.

Bundan sonra isə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Seyid Mirağa Mustafayev, Marneuli meri Kənan Ömərov, millət vəkili Zaur Darğallı, Azərbaycan səfirliyinin nümayəndəsi Anar Rəsulov, Türkiyə səfirliyinin nümayəndəsi Mahmud Göl və Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftüsü Etibar Eminov çıxış edərək məclisin tikilməsində təşəbbüs göstərən, əməyi keçənlərə və məclis iştirakçılarına təşəkkürünü bildiriblər.

Azan sədası ilə sona çatan mərasimdə məscidin əhəmiyyəti, məscid inşa etmənin fəziləti və ilk olaraq 1998-ci ildə inşa edilən həmin məscidin tarixçəsi və təşəbbüskarı haqqında danışılıb.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məscidin əhəmiyyəti və funksiyası haqqında məlumat verib. Son illərdə Gürcüstanda yeni inşa olunan məscidlər, aparılan təmir-bərpa işləri, məscidlərin xalça və səsgücləndiricilərlə təmin olunması haqqında ətraflı danışıb.

Onu da qeyd edib ki, Gürcüstanda olan məscidlər haqqında 460 səhifəlik iri həcmdə şəkilli kataloq hazırlanıb. 3 hissədən ibarət albomda 70 tarixi, 303 istifadədə olan məscid və 44 mövsümi ibadət məkanları olmaqla ümumilikdə 417 məscid və ibadət evi yer alıb.

Çıxışların sonunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və başqaları xeyirxah kənd sakini olan iş adamı Hüseynov Rəhim Həsən oğluna təşəkkürnamə plaketi, Quran-Kərim və xatirə olaraq hədiyyələr təqdim edib. Dövlətimizə və məscidin təmirinə dəstək göstərən hər kəsə təşəkkür edib, Allahdan əcr diləyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Məşhur yazıçının qızı Yazıçılar Evinə rəhbər təyin edildi
Öncəki yazı
Elimizin fəxri idi…