This is a specific ad

Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb

57

Another advertisement

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu yenidən yük maşınları üçün bağlanıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Bildirilib ki, qar və çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi seksiyasında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Amerikalı müğənni Teylor Svift “İlin adamı” seçilib
Öncəki yazı
İlham Əliyev:”Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır”