Yunanıstanın yeni prezidenti məlumdur

54

Reuters xəbər verir ki, Yunanıstan parlamenti Konstantinos Tassoulas-ı prezident seçib.

Yunanıstan qanunvericiləri səsvermənin dördüncü turunda mühafizəkar hökumətin namizədi, keçmiş parlament sədri Konstantinos Tassoulasın namizədliyini 160 səslə dəstəkləyib.

Yunanıstan parlamentində prezident seçkilərinin dördüncü turu ilk üç turda heç bir namizədin qalib gəlmək üçün tələb olunan həddi keçə bilmədiyinə görə zəruri olub. Dördüncü turda qalib gəlmək üçün 151 səs lazım idi.

Martın 13-də andiçmə mərasimi keçiriləcək Konstantinos Tassoulas Yunanıstan prezidenti postunda Katerina Sakellaropulounu əvəz edəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
Yaşlı kişi yanğının qurbanı olub